...

Smartfonun batareyası niyə tez tükənir?

Gündəm Materials 27 Noyabr 2023 15:28 (UTC +04:00)
Smartfonun batareyası niyə tez tükənir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Smartfonlar həyatımıza girdiyi andan etibarən hər bir işi bir kliklə idarə edə biləcəyimiz cihazlara çevriliblər.

Trend-in məlumatına görə, hər bir elektron cihazda olduğu kimi, smartfonlarda da şarj problemi yaşanır.

Nə üçün smartfonun batareyası bu qədər tez tükənir? Smartfonunuzun batareyasının tez tükənməsinin səbəbləri bunlardır.

Yüksək ekran parlaqlığı

Çöldə olduğunuz zaman ekran parlaqlığını maksimumda saxlamaq adətən məntiqli gəlir. Ancaq bunun batareyaya böyük təsiri var. Buna görə də, batareyanın ömrünü mümkün qədər uzatmaq üçün parlaqlığı minimum səviyyədə saxlayın.

Fon proqramları

Batareyanın tez tükənməsinə səbəb olan problemlərdən biri də fon proqramlarıdır. Bu proqramlar hətta siz onlardan birbaşa istifadə etmədiyiniz zaman da işləyir. Bu proqramlara misal olaraq “Messencer”, “VPN”, sağlamlıq və təqvim kimi proqramlar daxil ola bilər.

Smartfonla daim internetə qoşulu qalmaq

Snartfonlarda ehtiyac olmadıqda daim bildirişlər, yeniləmələr və s. qəbul etdiyiniz üçün bu, smartfonunun batareyasına da təsir edir. Yuxu saatlarında və ya istifadə etmədiyiniz zaman “WiFi” söndürmək bu problemi böyük ölçüdə aradan qaldıracaq.

Məkan izləmə proqramları

Smartfonlarda yerinizi izləyən bir çox proqram var. Bu proqramları birbaşa istifadə edərkən, onların yalnız yerinizi izlədiyini düşünə bilərsiniz, lakin bu, tam olaraq belə deyil. Bir tətbiqin yeri daim izləməsi üçün müəyyən miqdarda enerji tələb olunur.

Bildirişlər

Telefonunuza yeni proqram quraşdırdığınız zaman bildiriş parametrləri çox güman ki, avtomatik olaraq aktivləşdirilir. Bununla belə, cihazınızda hər bir tətbiqdən bildiriş almaq batareyanın ömrünə mənfi təsir göstərir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti