Bakı. Trend:
“Google” dünya üzrə zəlzələləri aşkarlayan və istifadəçilərə bildirişlər göndərən pulsuz zəlzələ xəbərdarlığına malikdir.
Trend-in məlumatına görə, dünya üzrə 3 milyarddan çox “Android” telefonunda akselerometrlərdən istifadə edən sistem 4,5 və daha yuxarı bal gücündə zəlzələləri bir neçə saniyə əvvəl aşkar edir və ərazidəki istifadəçilərə xəbərdarlıq göndərir.
Beləliklə, “Google”un həyat qurtaran zəlzələ erkən xəbərdarlıq sistemini necə işə salmaq olar?
“Samsung” telefonlarında;
1. Telefonda "Parametrlər"i açın və ekranı aşağıya doğru sürüşdürün.
2. Növbəti ekranda "Yer" xanasını seçin.
3. İndi "Məkan Xidmətləri" xanasını seçin.
4. Ekranı aşağıya doğru sürüşdürün.
5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.
“Xiaomi” telefonlarında;
1. Telefonda "Ayarlar"ı açın və ekranı aşağıya doğru sürüşdürün.
2. Növbəti ekranda "Məkan" xanasını seçin.
3. İndi "Məkan Müraciəti" xanasını seçin.
4. Daha sonra “Məkan Xidmətləri” xanasını seçin.
5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.