Bakı. Trend:
Musiqi, vlog kimi saysız-hesabsız məzmun növlərinin mərkəzinə çevrilən “YouTube”, son illərdə bir çox məzmun istehsalçısının ən çox müraciət etdiyi ünvan olub.
Trend-in məlumatına görə, Ethen Zuckerman adlı tədqiqatçı “YouTube” haqqında araşdırma məqaləsi paylaşıb.
Paylaşılan hesabata görə, hazırda platformada 13,3 milyarddan çox video var. “YouTube”, 2023-cü ildə 4 milyarddan çox yeni video ilə istifadəçilərinə xidmət göstərib. “YouTube”un əlavə orta baxış sayı 39 olaraq açıqlanıb.
Qeyd edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə “PayPal” işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında “Google” tərəfindən satın alınıb.
"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxıb.