...

Türkiyədə İsveçin NATO-ya üzvlülük məsələsinə yanvar ayında baxıla bilər

Gündəm Materials 2 Yanvar 2024 18:57 (UTC +04:00)
Türkiyədə İsveçin NATO-ya üzvlülük məsələsinə yanvar ayında baxıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunun təsdiq edilməsi məsələsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) yanvar ayında Baş Assambleyasının gündəliyinə daxil edilə bilər.

Trend-in məlumatına görə, bu barədə "TRT Haber" televiziya şirkəti bildirib.

Məlumata əsasən, müraciətə Türkiyə parlametinin qış tətilindən qayıtmasından sonra baxıla bilər.

Qeyd olunub ki, İsveçin müraciətinin təsdiqlənməsi prosesi uzana bilər, çünki Ankara hələ də terrorizmlə, xüsusən də "PKK" terror təşkilatı ilə mübarizədə Stokholmda görülən tədbirləri yetərli hesab etmir.

Qeyd edək ki, dekabrın 26-da Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbulla bağlı müraciətini təsdiqləyib. İndi bütövlükdə parlament daxilində bu məsələ ilə bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün parlamentdə səs verən deputatların sadəcə səs çoxluğu kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti