...

Paytaxtdakı nəqliyyat sıxlığı məsələsi öz HƏLLİNİ TAPA BİLƏR (VİDEOMÜSAHİBƏ)

Gündəm Materials 9 Yanvar 2024 20:34 (UTC +04:00)
Paytaxtdakı nəqliyyat sıxlığı məsələsi öz HƏLLİNİ TAPA BİLƏR (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq olunub. Planın tərkib hissəsində nəqliyyat infrastrukturunun inkişafına dair bir çox layihələr yer alıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Baş Planın təsdiq olunması paytaxt üçün mühüm addımdır.

"Bu günə qədər avtomobil yolları tərəfindən yanaşsaq yekun heç də gözlənilən nəticəni vermədi. Əvvəllər Bakı şəhərinin nəqliyyat planlaşdırılması zamanı əsas diqqət küçə-yol şəbəkəsinin genişləndirilməsi və avtomobil nəqliyyatının inkişafına yönəldilmişdi. Hazırkı planda nəqliyyat məsələlərinə kompleks yanaşılıb. Planın 40% faizi belə icra olunsa çox böyük nəticə olacaq. Baş Planda nəzərdə tutulan tədbirlər kompleks həyata keçirilərsə, paytaxtdakı nəqliyyat sıxlığı məsələsi öz həllini tapacaq", - deyə o, qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti