...

Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılıb? (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 4 Mart 2024 16:40 (UTC +04:00)
Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılıb? (ƏLAVƏ OLUNUB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə Baş Prokurorluq münasibət bildirilib.

Trend xəbər verir ki, açıqlamada deyilir:

"Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik.

Bununla bağlı tərəfimizdən əlavə məlumatın verilməsi təmin ediləcəkdir".

XXX
16.38

Bir sıra yerli KİV-də Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılması və saxlanılanlarla bağlı məlumatlar yayılıb.

Trend-in hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir, heç kim saxlanılmayıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən də bildirilib ki, salxanılanlarla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, yayılan məlumatlarda iddia olunurdu ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti