Bakı. Trend:
Şəkidə 77 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.
Trend xəbər verir ki, 1947-ci təvəllüdlü İdrisova Saniyə Şükür qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Vəziyyətinin ağır olması səbəbindən S.İdrisova Şəki RMX-da ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.