...

Siyəzəndə əməliyyat: silah və 53 ədəd çətənə kolu aşkarlanıb

Gündəm Materials 11 İyul 2024 08:38 (UTC +04:00)
Siyəzəndə əməliyyat: silah və 53 ədəd çətənə kolu aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan 53 ədəd çətənə kolu, 1 kiloqram marixuana və 1 ədəd tüfəng aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti