Bakı. Trend:
Bakıda xətlərə əlavə 200 avtobus buraxılmış, marşrutların orta yükü
55%-ə endirilmişdir.
Trend xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün
keçirilən brifinqdə deyib.
O qeyd edib ki, mobilliyin transformasiyası proqramı çərçivəsində
yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılmışdır.
“Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması
nəzərdə tutulub.
Hövsan qəsəbəsini (MİDA) 28 May və Əhmədli m/s-ları ilə
əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və 4 Mərdəkan
qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən
140 və 140E nömrəli marşrutlar istifadəyə verilmişdir.
M.Şərifli küçəsi (Vərəm dispanseri) Xətai rayonu Cavanşir küçəsini
əlaqələndirən 12 nömrəli və 28 May 5 m/s-nı Günəşli qəsəbəsi ilə
əlaqələndirən 46 nömrəli marşrutda müasir və rahat avtobuslar
istifadəyə verilmişdir.
160 ədəd elektrik avtobusunun idxal edilməsi və daha 200 ədəd
avtobusun təmir edilərək sərnişindaşımaya qaytarılması nəzərdə
tutulur.
Bakı-Sumqayıt yolunda, Ş.Bədəlbəyli, Füzuli və Haqverdiyev
küçələrində yeni zolaqlar istifadəyə verilmişdir. Hazırda 23 küçə
və prospektdə təxminən 66 krn xüsusi zolaq mövcuddur.
Gənclik Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilmişdir.
Koroğlu m/s-nın cənub çıxışında və 28 May m/s qarşısında yeni
Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili istiqamətində işlər
aparılır”,
Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb
