...

Fevralın 20-də GRE imtahanı keçiriləcək - DİM

Gündəm Materials 18 Fevral 2025 09:35 (UTC +04:00)
Fevralın 20-də GRE imtahanı keçiriləcək - DİM
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2025-ci il fevralın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirlib, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

"İmtahanlar saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti