Bakı. Trend:
Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.
Trend xəbər verir ki, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Faiq Hüseynov narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib.
Eləcə də erkən nikah mövzusuna da toxunan rəis, bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub.
Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.
Sonda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.