Azərbaycan, Bakı. 14 iyun. / müxbir Trend E.Hüseynli / Naxçıvan muxtar respublikasında Naxçıvan-Sədərək avtomaqistralın 10-cu kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.
VAZ-2106 markalı avtomobilin "KAMAZ"la toqquşması nəticəsində "jiquli"də olan beş sərnişin yerindəcə dünyasını dəyişiblər. Onların hamısının polis əməkdaşları olduğu bildirilir.
Qəzanın səbəbləri rəsmi bildirilmir. "KAMAZ" yük avtomobili Naxçıvan-Sədərək yolunun genişləndirilməsini aparan "Gəmi-Qaya" MMC-ya məxsusdur.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]