...

Azərbaycanın paytaxtı Bakıda özünə qəsd etmək istəyən qadın Ruhi Əsəb Dispanserinə yerləşdirilib

Hadisə Materials 28 İyul 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı,28 iyul / , müxbir K. Zərbalıyeva/ Azərbaycanın paytaxtı Bakıda özünə qəsd etmək istəyən qadın Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib.

Bazar ertəsi 1979-cu il təvəllüdlü, Bakı şəhəri Əliyar Əliyev küçəsi 19/ 20 - də yaşayan Həsənova Cəmilə Tofiq qızı Şaiq Yusifov küçəsi 37- də yerləşən binalardan birinin damına çıxaraq, intihar edəcəyini bildirib.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihara cəhdin qarşısını alıblar.

Nərimanov rayon prokurorluğunun müstəntiqi Elton Səlimzadə Trend New s-a bildirib ki, Həsənovanın vəziyyəti ağır olduğundan, həkimlər onunla görüşə icazə verməyiblər.

Bu səbəbdən də hadisənin səbəbləri barədə hələlik məlumat almaq mümkün olmayıb.

Müstəntiqin sözlərinə görə, qadının valideynləri ilə də görüşmək mümkün olmayıb.

Prokurorluq əməkdaşları hadisə yerinin müayinəsini aparıblar. Həsənovanın vəziyyəti yaxşılaşan kimi onun və valideynlərinin, eləcə də, qadını xilas edən FHN əməkdaşının ifadələri alınacaq.

Hazırda faktla bağlı rayon prokurorluğu araşdırmalarını davam etdirir.

Yayılan məlumatlara görə, Həsənova nişanlısı ilə aralarında mübahisə yarandığı üçün intihar etmək istəyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti