...

Azərbaycan Milli Ordusunun əsgəri həlak olub

Hadisə Materials 22 Avqust 2008 13:58 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri həlak olub

Azərbaycan, Xaçmaz, 22 avqust / Trend , müxbir A.Qafarov/ Azərbaycan Milli Ordusunun əsgəri xidməti silahından ehtiyatsız davrandığına görə həlak olub. Trend -un bölgə müxbirinin məlumatına görə, avqustun 21-də Goranboy ryonundakı N saylı hərbi hissənin əsgəri, Xudat şəhər sakini 18 yaşlı İlham Sərdar oğlu Əhmədov gözündən aldığı güllə yarasından həlak olub.

Əhmədov bu ilin aprelində Xaçmaz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Əsgərin ailəsi evdə olmadığından, onun meyidi Xaçmaz rayon morquna gətirilib.

Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır .

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti