Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Yasamal rayonunda 71 yaşlı qadın itkin düşüb.
Yasamal rayon Polis İdarəsinin (RPİ) 26 - cı polis bölməsindən cümə axşamı Trend -verilən məlumata görə, oktyabrın 1-də səhər saat 08:00 radələrində Nəriman Nərimanov küçəsi, ev 70 ünvanında yaşayan Ədilə Əmirova yaşadığı ünvandan çıxdıqdan sonra itkin düşüb.
Hazırda onun tapılması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir. Əmirovanın ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Yasamal RPİ-nin 26 -cı polis bölməsində araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]