...

Azərbaycanın ilk özəl ANS telekanalının mühasibi intihar edib

Hadisə Materials 6 Oktyabr 2008 21:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir S.Kazımlı / Azərbaycanın paytaxtında özəl ANS telekanalının mühasibi intihar edib.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən bazar ertəsi Trend a verilən məlumata görə, bazar ertəsi saat 15:00 radələrində ANS telekanalının mühasibi, 1974-cü il təvvəllüdlü Emin Yünsir oğlu Cəbrayılov Nəsimi rayonunun Quli Quliyev küçəsi, 21 ünvanda yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü atıb.

ANS telekanalı Azərbaycanda ilk yaranan özəl telekanaldır.

Nəsimi rayon prokuroru Aqşin Ziyadov Trend a açıqlamasında faktı təsdiqləyib. Prokuror bildirib ki, Cəbrayılovun intihar etməsi onun işi ilə əlaqəli deyil. "Hazırda araşdırma aparılır. Hələlik hadisənin səbəbi məlum deyil", -deyə Ziyadov əlavə edib. Prokuror faktla bağlı cinayət işinin başlanılacağını da bildirib.

Hadisə ilə bağlı ANS-dən mövqe öyrənmək mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti