...

Bakıdakı Bibiheybət adına Neft - Qaz Çıxarma İdarəsində kişi meyiti tapılıb

Hadisə Materials 23 Oktyabr 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Səbayel rayonu ərazisindəki Bibiheybət adına Neft - Qaz Çıxarma İdarəsində 69 yaşlı kişinin meyiti tapılıb.

Səbayel rayon Prokurorluğundan cümə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 22-də saat 09:00 radələrində rayonun ərazisində yerləşən Neft - Qaz Çıxarma İdarəsində Ağahüseyn Abdullayevin meyiti tapılıb.

İlkin araşdırma zamanı mərhumun orada usta işlədiyi müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Səbayel rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti