...

Bakıda yaşayış binasında partlayış baş verib,  ən azı iki nəfər həlak olub (ƏLAVƏ OLUNUB 8 –  Partlayışda həlak olanın adı təxminən məlum olub)

Hadisə Materials 16 Yanvar 2009 19:07 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayış baş verib,  ən azı iki nəfər həlak olub (ƏLAVƏ OLUNUB 8 –  Partlayışda həlak olanın adı təxminən məlum olub)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbirlər K.Zərbalıyeva, S.Kazımlı, E.Rüstəmov/ Cümə günü Bakıda "Memar Əcəmi" metro stansiyası rayonunda Cavad Xan 30  ünvanında, yaşayış binasının beşinci mərtəbəsi partlayış nəticəsində dağılıb.  

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Baş həkimi Mehbalı Əliyev Trend - a bildirib ki, partlayış nəticəsində yaralananların sayı yeddiyə çatıb. Onlar Musa Nağıyev adına və 20 saylı xəstəxanalarda yerləşdiriliblər.

Musa Nağıyev adına xəstəxanadan Trend -un müxbirinə bildirdiklərinə görə, xəstəxanaya çatdırdıqları həlak olanın üzərində Tahirov Osmanın adına şəxsiyyət vəsiqəsi tapılıb. Həlak olanın üzü tanınmaz olduğu üçün, onun şəxsiyyətini qəti olaraq müəyyən etmək mümkün olmayıb.

Hazırda Musa Nağıyev adına xəstəxanada yerləşdirilmiş üç yaralının adı açıqlanıb - Qafarov Tural, Bağırova Fərqanə və Abdullayev  Əziz, - xəstəxanadan Trend - un müxbirinə bildiriblər. Ümumilikdə Musa Nağıyev adına xəstəxanaya doqquz zərər çəkmiş çatdırılıb, ilk tibbi yardım göstərildikdən sonra onların dördü evə buraxılıb.

Paytaxtın təcili və təxirəsalınmaz  tibbi yardım xidməti rəhbərinin müavini Rauf Nağıyevin Trend -un müxbirinə bildirdiyinə görə, hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib, -  fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə  bildirib. İki nəfər həlak olub, dörd nəfər yaralanıb, - Mirzəyev deyib.

Hadisənin şahihədləri zərər çəkənlərin adlarını Trend -un müxbirinə açıqlayıblar - Tural Qafarov, Fərqanə Bağırova, Əvəz Abdullayev, Elçin Əliyev, Könül Vəliyeva, Həsən Məmmədli, Yunus Mikayılov, Şərqiyə Şahbazova, Qaraş Əliyev.  Həlak olan - Osman Tahirov.

Mehbalı Əliyevin sözlərinə görə, zərər çəkənlərin əksəriyyəti partlayış məqamında binanın yanından keçən insanlardır. Onun rəyinə görə, dağıntılar altında insanların qalmasına ehtimal çox azdır.

Cümə günü saat təxminən 16.30 - da "Memar Əcəmi" metro stansiyası ilə üzbəüz yaşayış binasının dörd və ya beşinci mərtəbəsində partlayış baş verib, - Nəsimi rayonu Qaz Qəza Xidmətindən cümə günü xəbər veriblər.

"Zəng, parlayışın baş verdiyi bina ilə qonşuluqda yerləşən binadan daxil olub. Xidmətimizin əməkdaşları məlumat alan kimi dərhal hadisə yerinə gediblər", - İdarədən bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti