...

Dövlət Neft Akademiyasında atışmanı ali təhsil müəssisəsinin tələbəsi olmayan 25 yaşlı Gürcüstan vətəndaşı törədib (ƏLAVƏ OLUNUB – 2)

Hadisə Materials 30 Aprel 2009 12:07 (UTC +04:00)
Dövlət Neft Akademiyasında atışmanı ali təhsil müəssisəsinin tələbəsi olmayan 25 yaşlı Gürcüstan vətəndaşı törədib (ƏLAVƏ OLUNUB – 2)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) atışmanı ali təhsil müəssisəsinin tələbəsi olmayan 25 yaşlı Gürcüstan vətəndaşı törədib. Bu barədə Trend -un müxbiri hadisə yerindən hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.  

Atəş açan şəxsin Azərbaycan mənşəli Gürcüstan vətəndaşı olduğu məlum olub. Onun adı hələ açıqlanmır.

Gürcüstanın Azərbaycandakı səfirliyi bu informasiyanı təsdiq etməyib.

İlkin məlumatlara görə, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda atışma nəticəsində azı 13 nəfər öldürülüb, 18 nəfər yaralanıb.

Silahlı şəxs cümə axşamı səhər ADNA-nın ikinci korpusunda atəş açıb. Trend -un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, cinayətkar zərərsizləşdirilb.

Bu barədə informasiyanı jurnalistlərə daxili işlər nazirinin müavini Vilayət Eyvazov təsdiq edib. Digər məlumata görə, silahlı şəxs özü özünü öldürüb

Xəbər lenti

Xəbər lenti