...

Sel və daşqınlar nəticəsində İranın Burucerd şəhərində 4 min hektar əkin sahəsi məhv olub

Hadisə Materials 24 Sentyabr 2009 16:16 (UTC +04:00)
İranın Kənd Təsərrüfatı Nazirliyinin Burucerd şəhəri bölməsinin rəisi Məhəmməd Bəxtiyari bildirib ki, sel və daşqınlar nəticəsində şəhərin kənd təsərrüfatı məhsullarının 57,5 faizinə ziyan dəyib.
Sel və daşqınlar nəticəsində İranın Burucerd şəhərində 4 min hektar əkin sahəsi məhv olub

İranın Kənd Təsərrüfatı Nazirliyinin (the Ministry of Jihad-e-Agriculture) Burucerd şəhəri bölməsinin rəisi Məhəmməd Bəxtiyari bildirib ki, sel və daşqınlar nəticəsində şəhərin kənd təsərrüfatı məhsullarının 57,5 faizinə ziyan dəyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Bəxtiyarinin sözlərinə görə, daşqınlar 4 050 hektar əkin sahəsinin məhvinə səbəb olub.

"Son yağıntılar zamanı ümumilikdə 37 008 ton kənt təsərrüfatı məhsulu məhv olub. İlkin hesablamara görə, sel 4,3 milyon dollar dəyərində ziyan vurub", - deyə Bəxtiyari bildirib.

Xəbər lenti

Xəbər lenti