...

Azərbaycan paytaxtında iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıb

Hadisə Materials 9 Noyabr 2009 12:22 (UTC +04:00)
Bu gün Bakının Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay və Hənifə Ələsgərova küçələrinin kəsişməsində iki iritutumlu 288 və 169 saylı marşrut avtobusları toqquşub.
Azərbaycan paytaxtında iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıb

Azərbaycan, Bakı, 9 noyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıb.

Bu gün Bakının Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay və Hənifə Ələsgərova küçələrinin kəsişməsində iki iritutumlu 288 və 169 saylı marşrut avtobusları toqquşub.

Kliniki Tibbi Mərkəzin qəbul şöbəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, xəstəxanaya 15 yaralı müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Xəstəxanadan bildirilib ki, yaralılar yüngül travmalar alıblar.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti