Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycan paytaxtında əcnəbi vətəndaşa hücum olub.
Nəsimi rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, üç naməlum şəxs rayonun Tolstoy küçəsi, 187 ünvanında İngiltərə vətəndaşı, 1951-ci il təvəllüdlü Burns Coliniyə qarşı quldurluq ediblər.
Həmin şəxslər əcnəbi vətəndaşı döyüblər və daha sonra onun 80 manat pulunu, qol saatını və mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.