...

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda hündürmərtəbəli binanın liftinin qırılması ilə bağlı məlumat yayıb (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 22 Oktyabr 2010 13:30 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, oktyabrın 21-də saat 14:00 radələrində Binəqədi rayonu Azadlıq prospektindəki 17 mərtəbəli binanın 4-cü girişində lift 7-ci mərtəbədə olarkən trosu qırılıb.
Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda hündürmərtəbəli binanın liftinin qırılması ilə bağlı məlumat yayıb (ƏLAVƏ OLUNUB-3)

RED. Əlavəsi: Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda hündürmərtəbəli binanın liftinin qırılması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, oktyabrın 21-də saat 14:00 radələrində Binəqədi rayonu Azadlıq prospektindəki 17 mərtəbəli binanın 4-cü girişində lift 7-ci mərtəbədə olarkən trosu qırılıb.

Nəticədə, liftdə olan 9 sərnişin - Bakı şəhər sakinləri Ülkər Vəliyeva, Elnarə Qarayeva, Ulduz İsakova, Sevda Məmmədova, Cəlal Axundov, Sona İmanova, Məlahət Quliyeva, Rəhilə Qurbanova və Zemfira Novruzova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev cümə axşamı Trend-ə bildirmişdi ki, liftin qırılması nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 9-u qadın, 1-i uşaqdır. Xəsarət alanlardan 5-i Kliniki Tibbi Mərkəzə, 5-i isə Travmotologiya İnstitutuna yerləşdirilib.

Nağıyevin sözlərinə görə, xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.

Dünən saat 15:00 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185-də yerləşən 17 mərtəbəli binada lift qırılıb.

Nağıyev hadisə zamanı ölənlərin olmadığını deyib.

Binəqədi rayon Polis İdarəsindən öncə Trend-ə bildirilib ki, yüklənmə çox olduğundan, lift ikinci mərtəbədə qırılıb.

Liftdəki şəxslər yüngül xəsarət alıblar.

Xəbər lenti

Xəbər lenti