Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda saxta diplom hazırlayıb satan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Faiq Soltanov Azərbaycan Dövlət İqtisad Universitetinin saxta diplomunu hazırlayaraq 7500 dollara satarkən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.