...

Türkiyədə nüvə silahı daşımaqda şübhəli bilinən İran təyyarəsi yerə endirilib - agentlik

Hadisə Materials 16 Mart 2011 16:09 (UTC +04:00)
Çərşənbə günü Türkiyə hakimiyyəti öz ərazisindən Suriyaya gedən İran təyyarəsini göyərtəsində nüvə silahı olması şübhəsi ilə məcburi yerə endirib. Bu barədə Çinin "Sinxua" agentliyi yerli KİV-ə istinadən məlumat verib.
Türkiyədə nüvə silahı daşımaqda şübhəli bilinən İran təyyarəsi  yerə endirilib - agentlik

Çərşənbə günü Türkiyə hakimiyyəti öz ərazisindən Suriyaya gedən İran təyyarəsini göyərtəsində nüvə silahı olması şübhəsi ilə məcburi yerə endirib. Trend-in məlumatına görə, bu barədə Çinin "Sinxua" agentliyi yerli KİV-ə istinadən məlumat verib.

"Doğan" agentliyinin məlumatına görə, Türkiyə HDQ-nin iki qırıcısı İran təyyarəsini Türkiyənin hava məkanına daxil olarkən qarşılayıb və onu ölkənin cənub-şərqindəki Diyarbəkir aeroportunda yerə enməyə məcbur edib. RİA Novosti yazır.

Təyyarənin ələ keçirilməsinə səbəb onun göyərtəsində ola biləcək nüvə silahı və ya qadağan edilmiş nüvə avadanlıqları haqqında məxfi məlumat olub.

Hazırda səlahiyyətli orqanlar və ekspertlər komandası Tehrandan Suriyanın Hələb şəhərinə gedən hava gəmisində axtarış aparırlar.

Eyni zamanda, "Assoşieyted Press" agentliyinin məlumatına görə, Türkiyə XİN Türkiyə HDQ-nin əməliyyatda iştirakı barədə məlumatı təkzib edib.

XİN göstərib ki, Türkiyə üzərindən uçan İranın yük təyyarələri üçün sonradan yoxlamaların aparıldığı planlaşdırılmamış enişləri nəzərdə tutan standart prosedur mövcuddur.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamaqda ittiham edirlər. Tehran nüvə proqramının yalnız ölkənin elektrik enerjisinə olan tələbatının təmin olunmasına yönəldiyini bəyan edərək bütün ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti