...

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru həbs edilib

Hadisə Materials 17 Mart 2011 19:14 (UTC +04:00)
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində, sözügedən universitetin rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənov həbs ediliblər.
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru həbs edilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru həbs edilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində, sözügedən universitetin rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənov həbs ediliblər. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin bir neçə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israfetmə maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti