...

Yaponiyanın şimal-şərqində 6,1 maqnitudalı zəlzələ olub

Hadisə Materials 5 May 2011 20:57 (UTC +04:00)
Yaponiyanın şimal-şərqində 6,1 maqnitudalı güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti (USGS) məlumat verib.
Yaponiyanın şimal-şərqində 6,1 maqnitudalı zəlzələ olub

Yaponiyanın şimal-şərqində 6,1 maqnitudalı güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti (USGS) məlumat verib.

Yerli vaxtla saat 23:58-də qeydə alınan yeraltı təkanların episentri Senday şəhərinin 276 kilometrliyində, Sanriku şəhərinin yaxınlığında yerləşib. Zəlzələnin ocağı 24,2 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. Digər təfərrüatlar haqqında məlumat verilmir.

Martın 11-də Yaponiyanın şimal-şərqində baş vermiş 9,0 maqnitudalı dağıdıcı zəlzələ hündürlüyü 10 mentdən çox olan sunaminin yaranmasına səbəb olmuşdu. Təbii fəlakət nəticəsində həlak olan və yaralıların sayı 25 min nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti