Azərbaycan, Bakı, 7 may /Trend/
Göyçay rayonunun Müsgürlü kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Göyçay rayonunun Müsgürlü kəndi ərazisində, Ucar rayon sakini Sadiq Aslanov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb.
Nəticədə xəsarət almış Aslanov və sərnişinləri Orxan İbrahimov və Əli Xankişiyev xəstəxanaya yerləşdiriliblər. Aslanov və İbrahimov orada ölüb, Xankişiyevin vəziyyəti isə orta-ağırdır.
Göyçay ərazisində ağır yol qəzası olub; ölən və yaralalanlar var
Göyçay rayonunun Müsgürlü kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb
