...

Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunda qəza: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 23 May 2011 14:37 (UTC +04:00)
Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunda ağır yol qəzası baş verib.
Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunda qəza: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 23-də saat 00:35 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 51-ci km-də Kürdəmir rayon sakini Əliyev Telman Şəkər oğlu idarə etdiyi "Qaz-33021" markalı, 90-EA-743 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, Ağdaş rayon sakini Novruzov Rasim Əsgər oğlunun idarə etdiyi "Qaz-52" markalı, 45-BG-341 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobili arxadan vurub.

Toqquşma nəticəsində "Qaz-33021" markalı avtomobildə olan sərnişinlər, Kürdəmir rayon sakinləri - 1981-ci il təvəllüdlü Hüseynov Xətai Tahir oğlu və 1985-ci il təvəllüdlü İslamov Ayaz Oqtay oğlu aldığı xəsarətdən hadisə yerində ölüb, hər iki avtomobilin sürücüləri isə xəsarət alaraq Bakı şəhəri Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti