Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Kanalda batan 10 yaşlı oğlanın meyiti sudan çıxarılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Qarayusifli kəndi ərazisindən keçən hissəsində batmış 2001-ci il təvəllüdlü Nurlan Aqil oğlu Bəylərzadənin axtarışları başa çatdırılıb.
Onun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.