...

Bakıda iki marşrut avtobusu toqquşub, yaralılar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Avqust 2011 10:43 (UTC +04:00)
Hadisə yerindən şahidlərin Trend-ə verdikləri məlumata görə, bu gün səhər saat 10:00 radələrində Binəqədi rayon Yol Polisi Şöbəsinin qarşısında 165 saylı iki marşrut avtobusu toqquşub, yaralananlar var.
Bakıda iki marşrut avtobusu toqquşub, yaralılar var (ƏLAVƏ OLUNUB)

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının məlumatı əlavə olunub (ilk xəbər saat 10:35-də yayılıb)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Binəqədi rayonu ərazisində iki marşrut avtobusu toqquşub.

Hadisə yerindən şahidlərin Trend-ə verdikləri məlumata görə, bu gün səhər saat 10:00 radələrində Binəqədi rayon Yol Polisi Şöbəsinin qarşısında 165 saylı iki marşrut avtobusu toqquşub, yaralananlar var.

Məlumata görə, yaralıların sayı 10-dan artıqdır.

Hadisə yerində təcili tibbi yardım həkimləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

Yaralıların bir qismi xəstəxanaya aparılıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə zamanı 7 nəfər xəsarət alıb. Yaralılardan 2 nəfəri keçmiş Kirov adına xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti