...

Türkiyədə zəlzələdə ölənlərin sayı 264 nəfərə çatıb

Hadisə Materials 24 Oktyabr 2011 15:14 (UTC +04:00)
Türkiyənin Van əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 264 nəfərə çatıb, təxminən 1150 nəfər isə xəsarət alıb.
Türkiyədə zəlzələdə ölənlərin sayı 264 nəfərə çatıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Van əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 264 nəfərə çatıb, təxminən 1150 nəfər isə xəsarət alıb. Trend-in CNN Türk telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bəşir Atalay deyib.

Türkiyə hökumətinin məlumatına görə, təbii fəlakət bölgəsində 970 ev dağılıb.

Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti