Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Xəzər dənizində və Masallı rayonunda zəlzələ olub.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, noyabrın 3-də yerli vaxtla 15:22-də Masallıdan 10 km qərbdə zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Zəlzələ 3 maqnitudada, 8 km dərinlikdə baş verib.
Noyabrın 4-də isə yerli vaxtla 01:49-da Xəzər dənizində, Lənkərandan 45 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb. Yeraltı təkanlar 3 maqnitudada, 37 km dərinlikdə qeydə alınıb.