Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda Türkiyə vətəndaşı qayınanası və qayınatasını qətlə yetirib.
Trend-in bazar ertəsi Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 6-da saat 08:50 radələrində Sumqayıt şəhəri "Yaşıl dərə" bağlar sahəsində yeni tikilmiş evlərdən birində yaşayan Türkiyə vətəndaşı Şener Əjdər Mustafa oğlu ailə münaqişəsi zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirib.
Arvadı Günelə, qayını Ramala və baldızı Aynurəyə isə xəsarət yetirərək hadisə yerindən qaçıb.
İlkin yoxlama Sumqayıt şəhər prokurorluğu, əməliyyat-axtarış tədbirləri isə Sumqayıt şəhər Polis İdarəsi tərəfindən aparılır.
Sumqayıtda Türkiyə vətəndaşı qayınanası və qayınatasını qətlə yetirib
Sumqayıtda Türkiyə vətəndaşı qayınanası və qayınatasını qətlə yetirib.
