...

Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda baş verən zəlzələyə aydınlıq gətirib

Hadisə Materials 16 Noyabr 2011 10:55 (UTC +04:00)
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, Azərbaycanda seysmoloji fon normaldır və heç bir narahatlığa səbəb yoxdur.
Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda baş verən zəlzələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, Azərbaycanda seysmoloji fon normaldır və heç bir narahatlığa səbəb yoxdur.

"Dünən gecə saatlarında zəlzələ Xəzərdə olan kiçik ocaqlarda baş verib. Bu da normal prosesdir. Əgər zəlzələ ocaqları varsa, bu cür kiçik hiss olunan və ya olunmayan yeraltı təkanların baş verməsi təbiidir", - çərşənbə günü Trend-ə Mərkəzin baş direktoru Qurban Yetirmişli deyib.

Bakıda çərşənbə axşamı saat 23:33 radələrində 3 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.

Verilən məlumata əsasən, yeraltı təkanın episentri Bakı şəhərindən 49 km cənub-şərqdə, Xəzər dənizində olub.

İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.

Yetirmişli deyib ki, gün ərzində Azərbaycanda 5-6 kiçik yeraltı təkanlar qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti