...

Bakıda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 22 Dekabr 2011 11:54 (UTC +04:00)
Qaradağda ağır yol qəzası baş verib.
Bakıda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Qaradağda ağır yol qəzası baş verib.

Trend-in cümə axşamı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də saat 20:00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, qəsəbə sakinləri Vüsal Bayramovun idarə etdiyi "Toyoto" və Elnur Əlimətovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Xəsarət almış Əlimətov və sərnişinləri Məmməd Filmanov və Azər Hacəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti