...

Bakıda təyyarənin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB 3)

Hadisə Materials 23 Dekabr 2011 12:30 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbədən cümə günü Trend-ə bildiriblər ki, hadisə bu gün səhər saatlarında təlim məqsədilə uçuş həyata keçirilərkən baş verib.
Bakıda təyyarənin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB 3)

Trend-i buradan izləyin

Son beş abzasda Abşeron rayon prokurorluğunun açıqlaması əlavə edilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Masazır gölünə təyyarə düşüb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən cümə günü Trend-ə bildiriblər ki, hadisə bu gün səhər saatlarında təlim məqsədilə uçuş həyata keçirilərkən baş verib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisənin səbəbi araşdırılır.

Trend-in əldə etdiyi məlumata görə, qəzaya uğrayan təyyarə hərbi təyyarə deyil. Təyyarə Zabrat aeroportuna enməli idi.

Hüquq-mühfizə orqanlarındakı mənbələrdən Trend-ə bildiriblər ki, ilkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.

Şahidlərin hadisə yerindən verdiyi məlumata görə, hazırda FHN-in əməkdaşları göldən təyyarəni çıxardırlar.

Abşeron rayon prokurorluğundan cümə günü Trend-ə bildiriblər ki, qəzaya uğrayan "AN-2" təlim təyyarəsi Masazır gölünə düşüb.

İlkin araşdırmaların nəticələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Prokurorluğun məlumatına görə, təyyarə "Azərbaycan Hava Yolları" QSC-yə məxsus olub.

Qəza zamanı təyyardə 2 pilot olub. Onlar xəsarət almayıblar.

Araşdırmanı FHN aparır.

Xəbər lenti

Xəbər lenti