...

Sumqayıtda ötən il törədilən qətlin üstü açılıb

Hadisə Materials 11 Yanvar 2012 16:55 (UTC +04:00)
Sumqayıtda ötən il dekabrın sonunda törədilən qətlin üstü açılıb.
Sumqayıtda ötən il törədilən qətlin üstü açılıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda ötən il dekabrın sonunda törədilən qətlin üstü açılıb.

Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 30-da saat 18:00 radələrində Rzayeva Raya Əziz qızının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 575 c ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğu, Sumqayıt şəhər Polis İdarəsi, Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər idarəsi və Abşeron rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfərov İntiqam Akif oğlu yanvarın 7-də tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, İntiqam Cəfərov dekabrın 30-da saat 11:00 radələrində oğurluq məqsədi ilə Raya Rzayevanın yaşadığı evə daxil olduqda sonuncu ona mane olmaq istəyib.

Bu zaman İntiqam Cəfərov üstündə gəzdirdiyi bıçaqla onun boyun nayihəsinə, eyni zamanda, təpik və daşla başının sifət və digər nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq qəsdən öldürüb.

Bundan sonra Cəfərov zərərçəkmişin üstündə olan iki ədəd qızıl üzüyü və sırğaları, habelə evdə olan "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb.

Cəfərova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti