...

Göygöldə dost dostunu söyüş üstündə öldürdü

Hadisə Materials 14 Yanvar 2012 10:02 (UTC +04:00)
Göygöl rayonu Qızılqaya qəsəbəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi törədilib.
Göygöldə dost dostunu söyüş üstündə öldürdü

Azərbaycan, Bakı, 14 yanvar / Trend müxbir K.Zərbaliyeva/

Göygöl rayonu Qızılqaya qəsəbəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi törədilib.

Göygöl Rayon Prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, çayxanada 2 dostun şəxsi münasibətlər zəminində mübahisəsi birinin ölümü ilə nəticələnib.

Yanvarın 13-də saat 18.30 radələrində 1984-cü il təvəllüdlü Kamran Xəlilov 1982-ci il təvəllüdlü Oqtay Məmmədovu bir necə bıçaq zərbəsi ilə qətlə yetirib. Mübahisə söyüş üstündə başlayıb. İşləmək üçün Rusiyaya gedən hər iki şəxs Azərbaycana bu yaxınlarda qayıdıb.

Hadisəni törədən Xəlilov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti