Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir K.Zərbaliyeva/
Hacıqabul rayonunun Muğan qəsəbəsində "Mercedes" və "VAZ" markalı iki minik avtomobili toqquşmuş və yolun kənarında dayanmış "KAMAZ" markalı yük avtomobilinə çırpılıb.
Trend-in bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü - 1997-ci il təvəllüdlü Toğrul İlham oğlu Əzizov xəsarət alıb.
T.Əzizov xilasedicilər çatana qədər xəstəxanaya aparılıb və orada vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.