...

Bakıda avtomobil qarajında qumbara aşkar edilib

Hadisə Materials 26 Fevral 2012 15:28 (UTC +04:00)
Bakıda avtomobil qarajında əl qumbarası aşkar edilib.
Bakıda avtomobil qarajında qumbara aşkar edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bakıda avtomobil qarajında əl qumbarası aşkar edilib.

Trend-in bazar günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində avtomobil qarajının qarşısında əl qumbarasının aşkar edilməsi barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyətə qurumlar məlumatlandırılıb.

Əraziyə cəlb edilmiş mütəxəssislər tərəfindən müəyyən olunub ki, tapılan sursat əl qumbarasının işəsalma mexanizmi də olmaqla F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat xilasedicilər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə əraziyə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti