...

Yol qəzasına düşən tanınmış meyxanaçı Aydın Xırdalanlı sərxoş olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Mart 2012 17:33 (UTC +04:00)
Tanınmış meyxanaçı Aydın Xırdalanlı yol qəzasına düşüb.
Yol qəzasına düşən tanınmış meyxanaçı Aydın Xırdalanlı sərxoş olub (ƏLAVƏ OLUNUB)

Xətai rayon Polis İdarəsinin məlumatı əlavə olunub (ilk xəbər saat 16:35-də yayılıb)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Tanınmış meyxanaçı Aydın Xırdalanlı yol qəzasına düşüb.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində Xətai rayonu ərazisində, AMAY Ticarət Mərkəzinin qarşısında Aydın Xırdalanlı idarə etdiyi "Nissan-Murano" markalı avtomobilini aşırıb.

Meyxanaçı hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.

Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən Trend-ə məlumatı təsdiqləyiblər. Bildiriblər ki, meyxanaçı sərxoş vəziyyətdə olub. O, saxlanılıb və bölməyə gətirilib.

Bildirilib ki, meyxanaçı qəza zamanı ciddi xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti