Azərbaycan, Bakı, 14 mart / Trend müxbir K.Zərbalıyeva/
Şamaxıda zəlzələ olub.
AMEA-nın Resbublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 11:28-də Şamaxıdan 15 km cənubda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Bu gün Şamaxıda ikinci dəfə zəlzələ baş verib.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 12:14-də Şamaxı şəhərindən 14 km cənubda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.