...

Ağsuda "Mercedes" piyadanı vurub və aşıb: ölən və xəsarət alanlar var

Hadisə Materials 4 Aprel 2012 09:34 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Ağsuda "Mercedes" piyadanı vurub və aşıb: ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ağsu rayonunda "Mercedes" piyadanı vurub və aşıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Ağsu-Kürdəmir yolunun 1-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" markalı avtomobil yolu keçən piyadanı vurub. Bundan sonra sürücü idarəetməni itirib və avtomobili aşırıb.

Qəza zamanı 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti