...

Bakıda oğurluq edən şəxs tutulub

Hadisə Materials 21 Aprel 2012 11:11 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsininn 31-ci polis bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zülfüqar Əliyev aprelin 20-də tutulub.
Bakıda oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsininn 31-ci polis bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zülfüqar Əliyev aprelin 20-də tutulub.

Məlum olub ki, o, martın 8-nə keçən gecə Bakı şəhər sakini Kazım Şəmiyevə məxsus, Zərdabi küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə geyim əşyaları, ətir, aprelin 7-də Bakı şəhər sakini Lazım Qafarova məxsus, T.Nərimanov küçəsində yerləşən mağazdan damdan keçmə yolu ilə ərzaq malları, danışıq kartları, Yeni Suraxanı qəsəbəsi Ə.Məmmədov küçəsində yaşayan Barat Səfərovun evindən qapının şüşəsini sındırma yolu ilə 500 manat və aprelin 13-nə keçən gecə isə Suraxanı qəsəbəsi N.Hüseynov küçəsində yaşayan Sücayət Alıyevaya məxsus ünvanda yerləşən mağazadan dam örtüyünü sındırma yolu ilə ərzaq və tütün məmulatları oğurlayıb.

Xəbər lenti

Xəbər lenti