...

İstirahət günlərində Azərbaycanda 28 yol qəzası qeydə alınıb

Hadisə Materials 23 Aprel 2012 09:34 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzalarda 6 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstirahət günlərində Azərbaycanda 28 yol qəzası qeydə alınıb

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

İstirahət günlərində Azərbaycanda 28 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzalarda 6 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən yol qəzalarının əksəriyyəti piyadaların vurulması olub.

İdarədən bildirilib ki, aprelin 22-dən 23-nə keçən gecə saat 03:40-da Bakı-Qazax yolunun 16-cı kilometrliyində, Qaradağ rayonu ərazisində iki "Mercedes" markalı minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində aprelin 21-dən 22-nə keçən gecə saat 01:00 radələrində "Mercedes" və "Tavria" markalı avtomobillər toqquşub, 2 nəfər xəsarət alıb.

Nərimanov rayonu Ağaoğlu küçəsində "Mercedes"lə "Hyundai" toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Şəkidə 20 Yanvar küçəsində "VAZ 2121" və "Mercedes" toqquşub, 2 nəfər xəsarət alıb.

Horadiz-Hacıqabul yolunun 86-cı kilometrliyində, İmişli rayonu ərazisində "Mercedes" aşıb, iki nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti