...

Azərbaycanda "yol kabusu": 3 ölü, 16 yaralı

Hadisə Materials 26 Aprel 2012 10:18 (UTC +04:00)
Azərbaycanda son bir sutkada 13 yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə cümə axşamı Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Azərbaycanda "yol kabusu": 3 ölü, 16 yaralı

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda son bir sutkada 13 yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə cümə axşamı Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ölümlə nəticələnən yol qəzasının biri Qaradağ rayonu ərazisində baş verib. Aprelin 26-na keçən gecə saat 01:30 radələrində "VAZ 21015" markalı avtomobil "KAMAZ" markalı yük maşını ilə toqquşub, nəticədə minik maşınının sürücüsü ölüb.

Ölümlə nəticələnən digər yol qəzası isə Siyəzən rayonu ərazisində baş verib.

"Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı minik avtomobilin qarşı-qarşıya toqquşması nəticəsində bir nəfər ölüb.

Digər ölümlə nəticələnən yol qəzası isə piyadanın vurulması olub. Hadisə Sabunçu rayonunda baş verib.

Xəbər lenti

Xəbər lenti