...

FHN Bakıda yük avtomobilində olan partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 30 Aprel 2012 13:40 (UTC +04:00)
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda “FALEZ” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinin qabaq hissəsi (təkərləri, mühərrik və kabina hissələri) yanıb,
FHN Bakıda yük avtomobilində olan partlayışla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazurliyi Bakıda yük avtomobilində olan partlayışla bağlı məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "FALEZ" MMC-yə məxsus "Mercedes" markalı yük avtomobilinin qabaq hissəsi (təkərləri, mühərrik və kabina hissələri) yanıb.

Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğına yük boşaldılan zaman hava ilə gedən yüksək gərginlikli elektrik xəttinə toxunma səbəb olub.

Xəbər lenti

Xəbər lenti