Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/
Bu gün Sabunçu rayonu ərazisində iki avtobus toqquşub.
3 saylı şəhər klinik xəstəxanasından Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan 16 nəfər xəstəxanaya gətirilib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, 14 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, "Daewo" və "Otoyol" markalı 93 və 204 saylı sərnişin avtobusları toqquşub. Polis İdarəsinə verilən ilkin məlumata görə 5 nəfər xəsarət alıb.