Azərbaycan, Bakı, 8 may /Trend, müxbirlər T.Cəfəfrov, E.Tarıverdiyeva/
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Cənubi Koreyadan olan eksperti Ok Seok Seo İranın Mərkəzi vilayətində avtomobil qəzasında həlak olub. Bu barədə Trend çərşənbə axşamı ISNA agentliyinə istinadən məlumat verir.
Qəza yerli vaxtla saat 12:00-da baş verib.
Qəzanın digər iştirakçısı BAEA-nın eksperti slovakiyalı Qan Sek yaralanıb və yerli hospitala yerləşdirilib.
Qəza Xəndab ağır su istehsalı zavodunun yaxınlığında baş verib.